Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1935
13.04.2021, 11:52
Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.
Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.
Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.
Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
20:08 / 12 Noyabr 2026
10
20:05 / 12 Noyabr 2026
38
19:59 / 12 Noyabr 2026
21
19:49 / 12 Noyabr 2026
55
19:36 / 12 Noyabr 2026
65
19:31 / 12 Noyabr 2026
71
19:19 / 12 Noyabr 2026
81
19:15 / 12 Noyabr 2026
78
19:09 / 12 Noyabr 2026
75
19:03 / 12 Noyabr 2026
78
18:58 / 12 Noyabr 2026
86
18:50 / 12 Noyabr 2026
87
18:42 / 12 Noyabr 2026
848
18:40 / 12 Noyabr 2026
83
18:32 / 12 Noyabr 2026
336
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
98
18:16 / 12 Noyabr 2026
109
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
106
17:53 / 12 Noyabr 2026
101
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.