Balakəndə kişi müəmmalı şəkildə öldü
12 Noyabr 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1077
13.04.2021, 11:11
11 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
20:14 / 12 Noyabr 2026
21
20:08 / 12 Noyabr 2026
47
20:05 / 12 Noyabr 2026
58
19:59 / 12 Noyabr 2026
43
19:49 / 12 Noyabr 2026
67
19:36 / 12 Noyabr 2026
76
19:31 / 12 Noyabr 2026
78
19:19 / 12 Noyabr 2026
89
19:15 / 12 Noyabr 2026
102
19:09 / 12 Noyabr 2026
81
19:03 / 12 Noyabr 2026
84
18:58 / 12 Noyabr 2026
92
18:50 / 12 Noyabr 2026
92
18:42 / 12 Noyabr 2026
943
18:40 / 12 Noyabr 2026
85
18:32 / 12 Noyabr 2026
348
18:28 / 12 Noyabr 2026
83
18:26 / 12 Noyabr 2026
101
18:16 / 12 Noyabr 2026
110
18:15 / 12 Noyabr 2026
102
18:07 / 12 Noyabr 2026
108
17:53 / 12 Noyabr 2026
102
17:19 / 12 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.