Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı
12 Noyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2362
12.04.2021, 21:28
Aprelin 9-da saat 18 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla, 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlunun idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq məsuliyyətdən yayınmaq üçün avtomobili onların üzərinə sürüb hər ikisinin ayaq nahiyəsindən vuraraq hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərib hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
20:26 / 12 Noyabr 2026
11
20:14 / 12 Noyabr 2026
36
20:08 / 12 Noyabr 2026
51
20:05 / 12 Noyabr 2026
61
19:59 / 12 Noyabr 2026
46
19:49 / 12 Noyabr 2026
69
19:36 / 12 Noyabr 2026
82
19:31 / 12 Noyabr 2026
82
19:19 / 12 Noyabr 2026
94
19:15 / 12 Noyabr 2026
108
19:09 / 12 Noyabr 2026
85
19:03 / 12 Noyabr 2026
88
18:58 / 12 Noyabr 2026
94
18:50 / 12 Noyabr 2026
96
18:42 / 12 Noyabr 2026
1019
18:40 / 12 Noyabr 2026
86
18:32 / 12 Noyabr 2026
356
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
102
18:16 / 12 Noyabr 2026
115
18:15 / 12 Noyabr 2026
104
18:07 / 12 Noyabr 2026
110
17:53 / 12 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.