Bu gün sosial şəbəkələrdə avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən qadının fotosu müzakirələrə səbəb olub.
Vətəndaşlar yüksək sürətli yolda asfaltın xüsusi texnika ilə deyil, yaşlı qadınlar vasitəsilə təmizlətdirilməsini tənqid ediblər. Həmin yolda piyada xəttinin olmaması, sürət yüksək olmasını təhlükəli vəziyyət kimi qiymətləndirilib.
Oxu24.com -un verdiyi xəbərə görə, fotonun qeydə alındığı hadisə martın 27-də baş verib. Aeroport yolunda asfaltı süpürən “JEK” əməkdaşı Cəmilə Salahova Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə vurulub.
C.Səlimova hadisə yerində vəfat edib. Oxu24.com
ŞƏRHLƏR