Bakı İstintaq Təcridxanasında saxlanılan məşhur şəxslər də səsvermədə iştirak edib.
Oxu24.com -un xəbərinə görə, təcridxanada saxlanılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 28 saylı Seçki Dairəsinin 37 və 38 saylı Seçki Məntəqələrində səs veriblər.
Bundan başqa, həmin təcridxanada saxlanılan MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov da səs verməyə qatılıblar.
Təcridxanada saxlanılan müğənni Fədayə Laçın və digər məşhur şəxslər də səs vermədə iştirak ediblər.
Aynur Kazımlı
Oxu24.com Oxu24.com
ŞƏRHLƏR