Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43555
az

Qarabağlılara qarşı zorakılığa çağırış: həbs olunan var

16:4706 Dekabr, 2020
850
  • A

Ermənistanda Qarabağdan gələn ermənilərə və siyasi xadimlərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.

Oxu24.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, çağırış video-müraciət formasında 13 noyabrda edilib və sosial şəbəkələrdə geniş yayılıb. Daha sonra isə deputatlar da daxil olmaqla, Baş Prokurorluğa müraciətlər daxil olub və bu müraciətlər əsasında “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsi ilə cinayət işi qaldırılıb, həmin şəxs saxlanılıb.

Burda ən maraqlı məqam “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsidir. Başqa sözlə desək, təsadüfən istinad edilən maddə əslində mahiyyəti üzə çıxarır.

Məsələ ondadır ki, Ermənistanda yaşayan ermənilər qarabağlı erməniləri heç vaxt özlərininki saymır, onları “albanlardan (və ya azərbaycanlılardan) dönmə” hesab edirlər. Buna görə də vaxtaşırı olaraq onların arasında ciddi toqquşmalar yaşanır.

Əslində, Qarabağ erməniləri arasında özlərini alban və türk soyundan sayanlar da az deyil. Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Qarabağdakı ermənilərin “hay” olmadığını, köklərinin isə türk soyuna bağlı olduğunu bildirir.

Bunu bəzi erməni tarixçiləri də istisna etmirlər. Belə ki, alban kilsələrinin erməniləşdirilməsi zamanı müsəlmanlığı qəbul etməyən albanların erməniləşməsi prosesinin getdiyi də nəzərə alınmalıdır.

Qeyd edək ki, Ermənistanda yaşayan ermənilərlə Qarabağdakı ermənilər arasında fikir ayrılıqları son günlər daha da artıb. Az öncə Ermənistan vətəndaşı olan Anait Ovsepyan sosial şəbəkə hesabında Qarabağdan gələn bir erməni ailəni yazığı gəldiyi üçün qəbul etməsi, ancaq onun həyasızlıq edərək, qonaq olduğu evi özününkü sayması, ona etiraz edəndə isə ev sahibini təhqir etməsi barədə paylaşım etmişdi. Ovsepyan nəhayət, polisə müraciət edərək, Qarabağ ermənisini evindən qovmağa məcbur olduğunu bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub