Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 36 yaşlı usta altı yaşlı qızı zorladı

2018-08/1533654061_789978.jpg

KRİMİNAL

4075

07.08.2018, 19:01

\"\" Bakıda pedofil həbs edilib.
Oxu24.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan” saytına mlumat verilib. Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, altı yaşlı qızı zorlamaqda günahlandırılır. Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Faktla bağlı araşdırma aparılır.