Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38741
az

SON DƏQİQƏ! Polis Sabirabadda əməliyyat keçirdi: Silahlı şəxs tutuldu

21:5309 Sentyabr, 2020
472
  • A

Sabirabad sakinindən 14 kiloqram qurudulmuş marixuana və odlu silah götürülüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Cəngan kənd sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Şahin Hüseynov saxlanılıb. 

Onun yaşadığı evin həyətindən xüsusi qulluq edərək yetişdirdiyi 27 ədəd narkotik tərkibli çətənə kolu və çəkisi 14 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Həmçinin Şahin Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd ov tüfəngi də maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb,  araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Generalın məhkəməsində ŞOK İFADƏ:
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı