Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub

Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub

KRİMİNAL

668

23.07.2020, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 12 yaşlı oğlanı vuraraq qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib. 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.