TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
723
20.07.2020, 22:25
Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən evlərdən birindən oğurluq edilib. Naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət, geyim əşyaları, o cümlədən iki ədəd müvafiq sənədləri olan ov tüfəngi oğurlayıblar. Hadisə zamanı zərərçəkən ev sahiblərinə ümumilikdə 9000 manata yaxın maddi ziyan dəyib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov saxlanılıb. Hadisə günü saxlanılan şəxslər oğurluğa Etibar Cabbarova məxsus KİA markalı avtomobillə gediblər. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Daha bir əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Belə ki, İdarəyə Eltun adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, İmişli rayon sakini Eltun Məmmədov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı tapança, bir ədəd daraq və beş ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


15:34 / 16 May 2026
66
15:15 / 16 May 2026
261
15:13 / 16 May 2026
80
14:31 / 16 May 2026
68
14:25 / 16 May 2026
72
14:15 / 16 May 2026
75
13:55 / 16 May 2026
88
13:33 / 16 May 2026
79
13:29 / 16 May 2026
281
13:25 / 16 May 2026
76
13:15 / 16 May 2026
76
12:55 / 16 May 2026
87
12:54 / 16 May 2026
358
12:39 / 16 May 2026
2260
12:36 / 16 May 2026
91
12:29 / 16 May 2026
87
12:27 / 16 May 2026
85
12:15 / 16 May 2026
87
12:11 / 16 May 2026
252
12:00 / 16 May 2026
95
11:57 / 16 May 2026
87
11:42 / 16 May 2026
94
11:40 / 16 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.