Qaynar xətt:

(+99450) 247 90 86

Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb

KRİMİNAL

999

18.07.2020, 13:36

İyulun 17-də saat 8 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini F. Qədirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən paytaxt sakini Sənubər Babayevanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Babayeva hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.