Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada 2 tondan artıq narkotik vasitə məhv edilib

Zaqatalada 2 tondan artıq narkotik vasitə məhv edilib

KRİMİNAL

531

18.07.2020, 11:53

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və  Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri  əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, ümumi çəkisi 2 tondan artıq olan 6 285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.