Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqları satan mama-ginekoloqlar HƏBS EDİLDİLƏR

Uşaqları satan mama-ginekoloqlar HƏBS EDİLDİLƏR

KRİMİNAL

723

17.07.2020, 19:25

Rusiya paytaxtında uşaq alverində ittiham olunan dörd mama-ginekoloq həbs edilib.

OXU24.COM xəbər verir ki, bu barədə "360" TV xəbər yayıb.

Söhbət Valentina Çernışeva, Taras Aşitkov, Yuliana İvanova və Liliya Panaiotidən gedir.

Hər şey cari ilin yanvar ayında başlayıb. Rusiyanın Odintsovo şəhərində "Surroqat analar sığınacağı"nda (adi mənzil) bir aylıq körpənin cəsədi tapılmışdı. Onun yanında daha üç körpə var idi. Ancaq onlar sağ olublar. Körpələrin xarici vətəndaşlara satılmalı idilər.

Oxşar hadisə iyun ayında baş vermişdi. Həmin vaxt körpələrin Çinə aparılması planlaşdırılıbmış.

İstintaq həkimlərin uşaqları satdığını düşünür, baş təşkilatçılar isə İvanova və Aşitkovdur, onlar ər-arvaddırlar. (publika.az)