TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
972
16.07.2020, 13:42
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və ümumilikdə 491 ədəd müxtəlif kalibrli patron aşkar olunaraq götürülüb.Fərid Əbdürəhimov həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança, 41 ədəd patron və 1 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
APA-nın əldə etdiyi məlumata görə, saxlanılanlardan Tofiq Qaranizadə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarıdır. O, bir neçə il bundan əvvəl Bakıda "Bulaq" restoranında kriminal avtoritetlər arasında baş verən atışmada iştirak etdiyi üçün tutulub. Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Tofiq Qaranizadə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.



00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.