Qaynar xətt:

(+99450) 247 90 86

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

KRİMİNAL

704

16.07.2020, 00:07

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.