TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
952
14.07.2020, 09:26
Gədəbəy rayonunda qətl hadisəsi baş verib.
Gədəbəy rayon Prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, iyulun 12-də saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Arzu İsgəndərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
19:11 / 15 May 2026
7
19:09 / 15 May 2026
46
19:01 / 15 May 2026
33
18:50 / 15 May 2026
46
18:40 / 15 May 2026
65
18:28 / 15 May 2026
64
18:07 / 15 May 2026
64
18:00 / 15 May 2026
75
17:47 / 15 May 2026
168
17:12 / 15 May 2026
66
17:00 / 15 May 2026
164
17:00 / 15 May 2026
74
16:56 / 15 May 2026
133
16:38 / 15 May 2026
68
16:35 / 15 May 2026
71
16:20 / 15 May 2026
86
16:13 / 15 May 2026
204
16:09 / 15 May 2026
63
15:55 / 15 May 2026
76
15:50 / 15 May 2026
779
15:50 / 15 May 2026
81
15:47 / 15 May 2026
73
15:41 / 15 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.