TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
581
13.07.2020, 10:07
İyulun 12-də saat 06 radələrində Bərdə rayonu, Otuzikilər kənd sakini, 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Bərdə rayon Prokurorluğundan Oxu24.com-a verilən məlumatına görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
16:13 / 15 May 2026
1
16:09 / 15 May 2026
13
15:55 / 15 May 2026
19
15:50 / 15 May 2026
172
15:50 / 15 May 2026
35
15:47 / 15 May 2026
33
15:41 / 15 May 2026
39
15:10 / 15 May 2026
52
15:04 / 15 May 2026
291
14:58 / 15 May 2026
55
14:54 / 15 May 2026
59
14:48 / 15 May 2026
638
14:47 / 15 May 2026
50
14:34 / 15 May 2026
66
14:25 / 15 May 2026
63
14:19 / 15 May 2026
57
14:11 / 15 May 2026
60
13:58 / 15 May 2026
59
13:54 / 15 May 2026
151
13:50 / 15 May 2026
65
13:45 / 15 May 2026
74
13:38 / 15 May 2026
59
13:17 / 15 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.