Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
17 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
681
11.07.2020, 17:06
İyulun 10-da saat 20:09-da Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin yaxınlığından mərminin tapılması barədə məlumat daxil olub.
Oxu24.com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Xızı rayon Polis Şöbəsinin və Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 10-11 iyul tarixlərində Xızı rayonu, Məşədihəsən kəndi ərazisindən keçən körpünün altına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Mütəxəssislər tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 13 ədəd zenit top mərmisi (BZT) və 42 ədəd müxtəlif çaplı patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Zenit top mərmilərinin və patronların ətrafında 200 kv.m əraziyə yerüstü, 2 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
1 / 9
18:21 / 17 Noyabr 2026
21
17:59 / 17 Noyabr 2026
67
17:49 / 17 Noyabr 2026
69
16:51 / 17 Noyabr 2026
95
16:34 / 17 Noyabr 2026
109
16:29 / 17 Noyabr 2026
100
16:21 / 17 Noyabr 2026
114
16:12 / 17 Noyabr 2026
103
15:57 / 17 Noyabr 2026
114
15:43 / 17 Noyabr 2026
121
15:12 / 17 Noyabr 2026
134
15:07 / 17 Noyabr 2026
127
14:52 / 17 Noyabr 2026
158
14:35 / 17 Noyabr 2026
176
14:15 / 17 Noyabr 2026
138
14:02 / 17 Noyabr 2026
172
13:57 / 17 Noyabr 2026
159
13:45 / 17 Noyabr 2026
168
13:24 / 17 Noyabr 2026
142
13:22 / 17 Noyabr 2026
191
12:58 / 17 Noyabr 2026
168
12:55 / 17 Noyabr 2026
168
12:43 / 17 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.