11 yaşlı qız uşağı 41 yaşlı kişiyə ərə verilib.OXU24.COM AsiaOne-a istinadla xəbər verir ki, 11 yaşlı qızın özündən 30 yaş böyük kişiyə ərə verilməsi ölkədə qalmaqal yaradıb.
Adı məlum səbəblərə görə açıqlanmayan uşaq Əbdül Kərimlə ailə qurub.
Mərasim zamanı çəkilən foto sosial şəbəkədə yayılıb, bütün dünyada kəskin şəkildə qınanılıb.açıqlama verən Əbdül bildirib ki, haqqında yazılan rəylərə görə məyusdur. O, qızın 16 yaşınadək ailəsi ilə birgə yaşayacağını, 16-dan sonra onun evinə köçəcəyini söyləyib.
Qeyd edək ki, 41 yaşlı Əbdül Kərimin bundan başqa iki arvadı və onlardan 6 uşağı var.
Oxu24.com
ŞƏRHLƏR