Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3312
az

Pul dilənib yapışqan və ayaqqabı kremi iyləyən azyaşlı uşaqlar

11:4101 İyul, 2018
1070
KRİMİNAL
  • A
 Ölkənin baş narkoloq Lüdmila Cəfərova isə valideynləri məsuliyyətsizlikdə günahlandırır. Onun fikrincə, valideynlər uşaqlara kifayət qədər vaxt ayırmırlar, nəzarətsiz buraxırlar. Nəticədə, uşaqlar əvvəlcə siqaretə, sonradan narkotikə meyllənirlər, yapışqan iyləyirlər, həb içirlər. “Təkcə küçə uşaqları arasında deyil, valideynləri olan, imkanlı ailələrin uşaqları da nəzarətsizlikdən narkotik vasitələrdən istifadə edənlər olur. Bəlli olur ki, uşaqlar bir yerə yığılıb əyləniblər. Tədbirdə narkotik vasitədən istifadə ediblər, valideyn isə bundan xəbər tutmayıb”.

L.Cəfərova onu da qeyd edir ki, son vaxtlar məktəblərdə uşaqlar arasında maarifləndirici tədbirlər təşkil edilir, onlara narkotikin zərərləri haqda məlumat verilir. Amma valideynlər arasında da maarifləndirici tədbirlərə ehtiyac var. “Narkotik vasitələrdən istifadə edənlərlə söhbətlər aparırıq, hər birinin səbəbi başqadır. Mən müşahidələrimə əsasən deyə bilərəm ki, valideyn məsuliyyətsizliyi əsas səbəblərdən biridir”, - baş narkoloq söyləyib. Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə deyir ki, məktəblərdə, internatlarda aparılan təbliğat nəticə verir. İndi narkotik vasitələrdən istifadə edən yeniyetmələrin sayında azalma müşahidə edilir. “15-17 yaşlı 5 nəfər narkotik vasitədən istifadə edib, onlardan biri disponser qeydiyyatındadır”, - şöbə müdiri əlavə edib.

Ötən il narkotik istifadəçisi kimi qeydiyyatda olanların 595-i qadın olub. Əksəriyyəti həyat yoldaşı, yaxınları tərəfindən cəlb edilib. Məmmədovun sözlərinə görə, ötən il 2115 nəfər qeydiyyata götürülüb, 1432 nəfər qeydiyyatdan çıxarılıb. Statistik göstəricilər ilin sonunda bəlli olur, çünki hər gün qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan olur. “Narkotik vasitələrdən istifadə edən qadın və azyaşlılarn sayının artması ilə bağlı digər qurumların söylədikləri rəqəmlərin haradan götürüldüyü bizə bəlli deyil. Görünür, qeydiyyatdan çıxarılanlar nəzərə alınmır”.

Şöbə müdiri qeyd edib ki, mərkəz köçürüləndən sonra müalicə üçün hər bir şərait yaradılıb, xəstələrlə həm də psixoloqlar işləyirlər. Yaşlılardan fərqli olaraq yeniyetmələrin müalicəsi daha asan və effektli olur. Yetər ki, vaxtında müraciət etsinlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır