Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3310
az

Keçmiş səfirin oğlu güllələndi – Dəhşətli qətl

11:3401 İyul, 2018
1237
  • A
 Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğlu Teodor Çeran şənbə gününə keçən gecə güllələnib.

Oxu24.com teleqraf.com-a istinadən bildirir ki, onu qətlə yerən şəxs saxlanılıb.

“İyunun 30-na keçən gecə paytaxtın Buyukan sektorundakı evlərdən birində atəş səsi eşidildiyi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polislər 30 yaşlı kişinin meyitini aşkar ediblər. O, aldığı 3 güllə yarasından keçinib. Qətli törətməkdə şübhəli bilinən 32 yaşlı şəxs saxlanılıb”, – Moldava polisinin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, qətlə yetirilən 30 yaşlı Teodor Çeran siyasətçi, Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğludur.

Hadisə yerindən qanuni saxlanılan tapança aşkar edilib. Şübhəli şəxs 72 saat müddətinə həbs edilib. Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin Çeranın qonşusu olduğu bildirilir. Onlar şübhəli şəxsin mənzilində olublar və qətl də orada baş verib. Saxlanılan zaman təqsirləndirilən şəxsin içkili olduğu müəyyən edilib.

Günahı təsdiqlənərsə, təqsirləndirilən şəxsi 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi