Qaynar xətt:

(+99450) 247 90 86

Yük maşını mikroavtobusla toqquşdu - 3 nəfər öldü,9 yaralı var

2018-07/1530430290_yu.jpg

KRİMİNAL

1381

01.07.2018, 11:32

\"\" Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
\"Oxu24.com\"un Qərb bürosunun məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib. Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib. Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub. \"Report\"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, qəzaya yük maşının təkərinin partlaması səbəb olub. Ölənlər : Abdullayev Emin Vasif oğlu (2006), Şəmkir Musayeva Samirə Fəxrəddin qızı (1980), Şəmkir Ələsgərova Ziyafət Nəsrəddin qızı (1973), Tovuz Ağır yaralılar: Musayev Nəcməddin Nofəl oğlu (2001), Şəmkir Tamarov Mətləb Arzu oğlu (1993), Qazax Əliyev Əliyar İlyas oğlu (1961), Şəmkir Əliyev Cavidan Əliyar oğlu (2001), Şəmkir Vəziyyətləri qənaətbəxş olduğu bildirilən yaralılar: Əhmədova Səfa Vidadi qızı (1974), Şəmkir İmanova Tamilə Nəsir qızı (1959), Tovuz Tağıyeva Adilə Nəsir qızı (1966), Tovuz Həsənova Xalidə Namiq qızı (2006), Tovuz Ələsgərova Cəmilə Nəsir qızı (1961), Tovuz