Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32800
az

Azərbaycanda qonaqlardan ev sahibinə qarşı ŞOK ƏMƏL - Əvvəl bıçaqladılar, sonra...

14:2009 İyun, 2020
557
  • A

Ağsuda quldurluq etmiş şəxslər tutulub.

Oxu24.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə RPŞ məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla S.Məmmədovun evinə qonaq gəlmiş əvvəllər məhkum olunmuşlar - Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı
Prokurorluq Masallıdakı 73 min manatlıq yeyinti ilə bağlı məlumat yaydı
Bakıda ticarət mərkəzindən oğurluq

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı