Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda ölüm

2018-06/1530255982_metro_2-620x330.jpg

KRİMİNAL

920

29.06.2018, 11:06

\"\" Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun unikal.org-a verdiyi məlumata görə, metronun “20 Yanvar” stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. “Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”, – deyə B.Məmmədov vurğulayıb.