Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3258
az

Bakıda faciəvi hadisə: “Konduktor” avtobusdan yıxılıb öldü

11:0129 İyun, 2018
944
  • A
 Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Oxu24.com -un Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewo” markalı 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.

Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.

T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Qobustanda əməliyyat- Saxlanılanlar var (VİDEO)