Bakının Səbail rayonunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Mirzəyev Fikrət İbrahim oğlu rayon ərazisində bir qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Azyaşlının ailə üzvlərinin polisə verdiyi məlumatdan sonra Fikrət Mirzəyev həbs edilib.
İstintaq orqanı tərəfindən Fikrət Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxalaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin edilib.
ŞƏRHLƏR