Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29326
az

Azərbaycanda  qızını   zorlayan   ata  tutuldu

00:1022 Aprel, 2020
652
KRİMİNAL
  • A

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlərdə Şəmkir və İsmayıllı rayonunda baş vermiş zorakılıq halları ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

Bu barədə Oxu24.com-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayon sakini 15 yaşlı qız atası tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı İsmayıllı Rayon Polis şöbəsinə müraciət edib və ata barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib:

"Bununla əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) nümayəndələri İsmayıllı rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri ilə birlikdə hadisədən sonra hazırda anası ilə yaşayan yetkinlik yaşına çatmamış şəxsin ailəsinə baş çəkib. Onunla fərdi söhbət aparılaraq, vəziyyəti qiymətləndirilib və psixoloji yardım göstərilib. Pandemiya səbəbindən karantin və sosial izolyasiya dövrü nəzərə alınaraq, Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu tərəfindən zərərçəkmişə mütəmadi olaraq onlayn psixoloji dəstək göstəriləcəkdir.

Bundan əlavə, kütləvi informasiya vasitələrində Şəmkir rayon sakinin həyat yoldaşı tərəfindən boğazı kəsilərək öldürülməsi haqqında yayılmış məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Şəmkir rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. Məlum olub ki, iki azyaşlı övladı olan Səmkir rayon sakini Mübariz Məmmədov həyat yoldaşı Nailə Məmmədovanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisədən sonra qətlə yetirmişdir. Şəmkir rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu uşaqların vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon İcra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən azyaşlılar hazırda nənənin himayəsindədir, onların psixoloji durumları sabitdir.

Hazırda hər iki ailə Komitənin nəzarətindədir və hüquq-mühafiə orqanları tərəfindən istintaq işləri davam etdirilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı