Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28270
az

"Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü" - Ömrlük məhkum - VİDEO - FOTO

21:4707 Aprel, 2020
479
KRİMİNAL
  • A

Oxu24.com xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1978-ci il təvəllüdlü, Saatlı rayonu, Saracalar kənd sakini Əhmədov Sahib Əliqismət oğlu öz həyat hekayəsini danışıb. 

Əhmədov Sahib Əliqismət oğlu - Məhkum (Ömrlük): "Mən Xüsusi Təyinatlı Orduda xidmət etmişəm. Ön cəbhədə yaxşı xidmətimə görə mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi. Mart ayı idi, məzuniyyətdə idim. Ögey əmim mənə dedi ki, bir nəfərin mənə borcu var, məni apar onlara pulumu alacam. Mən də apardım. Onu gözləyirdim, birdən qışqırıq səsi gəldi. Evə daxil oldum, gördüm ki, əmim evdəki qızı boğub, anasını da bıçaqlayıb. Əmimə müqavimət göstərsəm də artıq gec idi, qız ölmüşdü. İlqardan 5 min dollar borc alıb özünə təsərrüfat qurmaq üçün. Qaytara bilmədiyi üçün İlqar onlara gedib. Evə daxil olub, qızdan soruşub ki, atan hanı. Qız da deyib sənə olan borcuna görə evə gələ bilmir. Qızın aqressiv cavabına görə mübahisə olub, deyilənə görə qız əmimə çaynik atıb. Sonra Almaz xala bunun üstünə gələndə əmim cibindəki bıçaqla qadını vurub. Sonra qız yenə əmimə hücum edəndə iplə qızı boğub öldürüb. Heç bir əsas olmadan onu öldürüb. O qız mənim bacım sayılırdı.
Həbsdə ən çox təəssüflənib kövrəldiyim vaxt Raqub Orucovun şəhid olduğu vaxt olub. Onunla çörək kəsmişik, mənimlə birlikdə xidmət edib. Aprel döyüşlərində çox kədərləndim. Hətta müraciət etdim ki, məni ön cəbhəyə aparsınlar, döyüşüm sonra yenidən həbsə qaytarsınlar.

Məhbəsdə şeirlər yazıram. İki kitabım çap edilib.

Hərbidə olanda dəfələrlə uğurlu əməliyyatlarımız olub. Dəfələrlə düşmən diversiyasını yerlərində oturtmuşuq, onları geri püskürtmüşük. Hətta mən və orada bir hərbçi yoldaşım düşmən dilini çox yaxşı bilirik.

Ömrlük həbs cəzası alanda anam məhkəmə zalında infarkt keçirdi. Mən çox ağır şok yaşadım, elə bildim həyatım çökdü. Ailəm yanıma gəlir, atamın anası, yəni nənəm mənim yanıma gəldi, həbsxananın qarşısına çıxanda dünyasını dəyişdi.

Mənim ən çox arzuladığım ögey əmim İlqarın tapılıb hüquq-mühafizə orqanlarına təhvil verilməsidir. Barəsində beynəlxalq axtarış da verilib, mən azadlığa çıxmasam da onun həbsdə olmasını istəyirəm. Əgər o həbs olunsa, elə bilərəm əfv olunmuşam.

Həbsdə ən çox gecələri sevirəm. Gecələr ürəyimdə ağlayıram. Sakitlik olur, mənim ağlamağım digər kamera yoldaşlarımı da narahat etmir. Gözümdən yaş gedir, içimdə rahat-rahat ağlayıram. Gündüzləri isə heç sevmirəm. Çünki o hadisə məhz günüz saatlarında baş vermişdi.

Kimsə pis yola qədəm qoymaq istəyirlərsə, bu süjetə baxıb pis yola düşməsinlər, görsünlər bir insan həyatı neçə məhv olur, örnək çıxartsınlar. Ən böyük arzum isə Raquf Orucovun, Mübariz İbrahimovun, hərçi qardaşlarmızın məzarın ziyarət etməkdir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi