Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
20 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
889
13.03.2020, 10:42
Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların qarşısını bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət əməli ilə əldə etdikləri fındıq ləpəsini Bakı şəhərində satdıqlarını bildiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
10:20 / 20 Noyabr 2026
13
10:20 / 20 Noyabr 2026
19
10:16 / 20 Noyabr 2026
38
10:10 / 20 Noyabr 2026
51
10:10 / 20 Noyabr 2026
45
10:03 / 20 Noyabr 2026
145
10:00 / 20 Noyabr 2026
80
10:00 / 20 Noyabr 2026
79
09:51 / 20 Noyabr 2026
68
09:46 / 20 Noyabr 2026
69
09:41 / 20 Noyabr 2026
75
09:34 / 20 Noyabr 2026
97
09:31 / 20 Noyabr 2026
486
09:26 / 20 Noyabr 2026
74
09:14 / 20 Noyabr 2026
82
09:01 / 20 Noyabr 2026
63
08:37 / 20 Noyabr 2026
60
23:55 / 19 Noyabr 2026
160
23:26 / 19 Noyabr 2026
204
23:22 / 19 Noyabr 2026
207
23:15 / 19 Noyabr 2026
216
23:15 / 19 Noyabr 2026
194
23:06 / 19 Noyabr 2026
483
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.