DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
591
12.03.2020, 11:27
Azərbaycanda məhkəmələrdən birində şok hadisə yaşanıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tərtər rayon Məhkəməsinin inzibati binasında baş verib.
Belə ki, Tərtər rayon sakini Məmmədov Fərhad Əli oğlu Tərtər rayon Məhkəməsinin inzibati binasına basqın edib. O, Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun xidməti otağına daxil olub.
Fərhad Məmmədov hakimə və məhkəmənin baş məsləhətçisi Elşad Abdullayevə güc nümayiş etdirib.
Fərhad Məmmədov hakim və baş məsləhətçiyə zorakılıq göstərərək, yaxın qohumlarından birinin işə ədalətli baxılmasını istəyib. O, bu hərəkətləri ilə məhkəmənin işini pozub, hakim və baş məsləhətçiyə qarşı qanunsuz hərəkətlər edib.
Baş verən olayla bağlı Tərtər rayon Prokurorluğuna müraciət olunub. Müraciət əsasında Fərhad Məmmədovun barəsində araşdırma aparılıb, onun cinayət hadisəsi törətməsi sübuta yetirilib.
İstintaq orqanı tərəfindən Fərhad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) və 288.1-ci (işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə) maddələri ilə ittiham elan edilib.
Cinayət ilkin mərhələdə baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasında prosesə sədrlik edən hakim Elşad Bayramov özü-özünə etiraz verib.
Hakim etirazı onunla əsaslansdırıb ki, həm özü, həm də məhkəmənin baş məsləhətçisi Elşad Abdullayev cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Hakimin etirazı araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun etirazı təmin olunub.
Cinayət işi baxılması üçün başqa instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Qərar icra olunması üçün Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova təqdim edilib. Sədr işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilməsi barədə qərar verib.
Fərhad Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.