Şəkidə intihar olub.
Oxu24.com-un APA-a istinadən məlumatına görə, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Oxu24.com
ŞƏRHLƏR