Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yeniyetmə maşın qaçırdı, amma çox uzağa gedə bilmədi...

2018-05/1527688208_sar.jpg

KRİMİNAL

915

30.05.2018, 17:50

\"\" Mayın 27-də saat 23 radələrində DİN-in \"102 Zəng Mərkəzi\" Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus \"Hyundai\" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, bununla əlaqədar dərhal Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil  İnşaatçılar prospektində Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək \"isti izlər\"lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.