Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2393
az

Göyçayda pomidor üstündə qətl - Qəbiristanlıqda qanlı olay

14:4730 May, 2018
1209
KRİMİNAL
  • A
Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib.

Yerə yıxılan C. Məmmədov dünyasını dəyişib.

Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir.

Digər şəxslər qara rəngli “QAZ 24” markalı minik maşını ilə hadisə yerindən qaçıblar.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.

Cümşüd Məmmədov həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü