Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.
Oxu24.com -un məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
APA-nın məlumatına görə, saxlanılan şəxslər rayon sakini, "Ford" markalı kiçiktutumlu yük maşınının sürücüsü, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif oğlu və Şəmkir rayon sakini, “Zil” markalı yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü Murtuzayev Neymət Əhməd oğludur.
Oxu24.com
ŞƏRHLƏR