28 yaşlı kişi hamamda öldü
18 Avqust 2026, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
554
27.12.2019, 12:13
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətindən Oxu24.com-a verilən məlumata görə, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”, 6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürülüb.
.jpg)
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.
23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
.jpg)
21:21 / 18 Avqust 2026
41
21:20 / 18 Avqust 2026
48
21:16 / 18 Avqust 2026
39
20:34 / 18 Avqust 2026
52
20:08 / 18 Avqust 2026
60
19:50 / 18 Avqust 2026
64
19:45 / 18 Avqust 2026
124
19:19 / 18 Avqust 2026
61
19:07 / 18 Avqust 2026
72
18:38 / 18 Avqust 2026
135
18:17 / 18 Avqust 2026
77
18:06 / 18 Avqust 2026
93
17:55 / 18 Avqust 2026
90
17:40 / 18 Avqust 2026
96
17:25 / 18 Avqust 2026
99
17:10 / 18 Avqust 2026
98
16:51 / 18 Avqust 2026
69
16:45 / 18 Avqust 2026
120
16:30 / 18 Avqust 2026
80
16:15 / 18 Avqust 2026
93
16:07 / 18 Avqust 2026
91
15:55 / 18 Avqust 2026
78
15:40 / 18 Avqust 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.