Qaynar xətt:

(+99450) 247 90 86

Polis mayoruna 5 bıçaq vuruldu

Polis  mayoruna 5 bıçaq vuruldu

KRİMİNAL

525

27.12.2019, 09:45

Tərtərdə polis mayoru bıçaqlanıb.
BakuPost.az-ın məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb. Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman Seyhun Nəcəfov hadisə yerinə gələn Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdiridiyi bıçaqla 5 zərbə vurub.
E. Aslanov xəstəxanaya çatdırılıb. Onun həyatı xilas edilib. Hadisəni törədən S. Nəcəfov saxlanılıb. Faktla bağlı Tərtər rayon Prokurorluğunda 29,120-ci(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.