28 yaşlı satıcı işlədiyi mağazada öldü
29 Yanvar 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
743
26.12.2019, 13:58
3 il əvvəl Bakıda dəhşətli qətl törədən və bu ilin aprelində tutulan Mustafayev Fuad Dilavər oğlu barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci, yəni, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası yanvarın 8-nə təyin edilib.
Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən məlumata görə, Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.
Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.
13:18 / 29 Yanvar 2026
22
13:14 / 29 Yanvar 2026
44
13:11 / 29 Yanvar 2026
44
13:07 / 29 Yanvar 2026
29
13:03 / 29 Yanvar 2026
128
12:47 / 29 Yanvar 2026
29
12:33 / 29 Yanvar 2026
407
12:15 / 29 Yanvar 2026
262
12:04 / 29 Yanvar 2026
89
11:49 / 29 Yanvar 2026
919
11:44 / 29 Yanvar 2026
47
11:21 / 29 Yanvar 2026
461
11:05 / 29 Yanvar 2026
603
11:04 / 29 Yanvar 2026
92
10:43 / 29 Yanvar 2026
88
10:32 / 29 Yanvar 2026
325
10:24 / 29 Yanvar 2026
68
10:23 / 29 Yanvar 2026
61
10:09 / 29 Yanvar 2026
270
10:03 / 29 Yanvar 2026
80
09:36 / 29 Yanvar 2026
126
09:35 / 29 Yanvar 2026
125
08:33 / 29 Yanvar 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.