Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar

2019/12/09/1575888373_baku-den-soygun-icin-istanbul-a-gelmisler-soy-12589110_o.jpg

KRİMİNAL

676

09.12.2019, 14:44

Bakıda 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.

 

Oxu24.com   Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.