Gəlinlə qayınata qəzaya düşdü
09 Aprel 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
755
09.12.2019, 11:19
Ağsu rayonunda qardaşı arvadını boğaraq öldürən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.
İttihama görə, Ağsu rayonun Qiyaslı kəndində Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Həmçinin oxuyun
Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar. Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub. Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.
Xumar Zahidova 2018-ci ildə ailə qurub və iki aylıq körpəsi var. Qadın onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.
İstintaq orqanı tərəfindən Nəriman Zahidovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
12:00 / 09 Aprel 2026
8
11:50 / 09 Aprel 2026
25
11:48 / 09 Aprel 2026
32
11:20 / 09 Aprel 2026
37
11:16 / 09 Aprel 2026
58
11:05 / 09 Aprel 2026
48
10:59 / 09 Aprel 2026
679
10:49 / 09 Aprel 2026
67
10:41 / 09 Aprel 2026
560
10:38 / 09 Aprel 2026
53
10:32 / 09 Aprel 2026
98
10:30 / 09 Aprel 2026
81
10:28 / 09 Aprel 2026
57
10:26 / 09 Aprel 2026
62
10:07 / 09 Aprel 2026
1894
10:05 / 09 Aprel 2026
62
10:02 / 09 Aprel 2026
75
09:20 / 09 Aprel 2026
78
09:19 / 09 Aprel 2026
71
00:52 / 09 Aprel 2026
330
00:25 / 09 Aprel 2026
305
23:55 / 08 Aprel 2026
270
23:50 / 08 Aprel 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.