Bakıda QƏRİBƏ OLAY: Məhkəmədən, görün, nə istədi...
08 Aprel 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1156
07.12.2019, 17:12
“İşıq inşaat” MMC-nin və eyni adlı MTK-nın təsisçisi olmaqla bu müəssisələrə faktiki rəhbərlik edən Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməklə dələduzluq cinayətini törətməkdə şübhəli bilinərək həbs olunub.
Oxu24.com demokrat.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq əməlini törətmişdir. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənisəməkdə ittiham olunur.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində həbs qətiuimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən təqdimat verilmişdir. Səbail rayon məhkəməsinin (hakim Aytən Əliyeva) 04 dekabr 2019-cu il tarixli qərarı ilə C.Şirəliyevin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Ehtimal olunur ki, C.Şirəliyevin əməllərindən ziyan çəkən mənzil alanların sayı istintaqa indiyədək məlum olanlardan daha çoxdur. Ona görə də şirkət rəhbərinin əməllərindən zərərçəkmiş şəxslərin sayının artacağı gözlənilir.
Eyni zamanda, C.Şirəliyevin direktoru olduğu Yevlax Kərpic Zavodunun adına “Dəmirbank” ASC-dən götürdüyü 560 min ABŞ dolları krediti təyinatı üzrə xərcləməyərək mənimsəməsinə, həmçinin, bu kərpic zavoduna rəhbərlik etdiyi dövrdə 300 min manatdan artıq məbləği vergidən yayındırmasına dair də məlumatlar var.
00:52 / 09 Aprel 2026
255
00:25 / 09 Aprel 2026
231
23:55 / 08 Aprel 2026
207
23:50 / 08 Aprel 2026
305
23:43 / 08 Aprel 2026
121
23:40 / 08 Aprel 2026
97
23:39 / 08 Aprel 2026
374
23:37 / 08 Aprel 2026
132
23:35 / 08 Aprel 2026
112
23:33 / 08 Aprel 2026
109
23:30 / 08 Aprel 2026
80
23:24 / 08 Aprel 2026
114
23:22 / 08 Aprel 2026
102
23:20 / 08 Aprel 2026
84
23:14 / 08 Aprel 2026
84
23:00 / 08 Aprel 2026
116
22:46 / 08 Aprel 2026
101
22:44 / 08 Aprel 2026
249
22:40 / 08 Aprel 2026
3720
22:34 / 08 Aprel 2026
90
22:28 / 08 Aprel 2026
158
22:25 / 08 Aprel 2026
2542
22:22 / 08 Aprel 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.