Bakıda QƏRİBƏ OLAY: Məhkəmədən, görün, nə istədi...
08 Aprel 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2451
06.12.2019, 14:39
Baş Prokurorluq Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni məlumat yayıb.
Oxu24.com xəbər verir ki, bu barədə qurum rəsmi açıqlama yayıb.
Bildirilir ki, 03 iyul 2018-ci il tarixdə Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
00:52 / 09 Aprel 2026
122
00:25 / 09 Aprel 2026
112
23:55 / 08 Aprel 2026
149
23:50 / 08 Aprel 2026
174
23:43 / 08 Aprel 2026
65
23:40 / 08 Aprel 2026
57
23:39 / 08 Aprel 2026
237
23:37 / 08 Aprel 2026
73
23:35 / 08 Aprel 2026
54
23:33 / 08 Aprel 2026
58
23:30 / 08 Aprel 2026
49
23:24 / 08 Aprel 2026
61
23:22 / 08 Aprel 2026
71
23:20 / 08 Aprel 2026
57
23:14 / 08 Aprel 2026
53
23:00 / 08 Aprel 2026
81
22:46 / 08 Aprel 2026
71
22:44 / 08 Aprel 2026
174
22:40 / 08 Aprel 2026
3394
22:34 / 08 Aprel 2026
64
22:28 / 08 Aprel 2026
127
22:25 / 08 Aprel 2026
2119
22:22 / 08 Aprel 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.