Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda ağır qəza: 2 nəfər öldü,3 nəfər yaralandı

2019-11/1574403817_qeza-avto.jpg

KRİMİNAL

889

22.11.2019, 10:24

\"\"  Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirovadır.
Yaralılar isə 1971-ci il təvəllüdlü Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 1974-cü il Əmirov Məhəmməd Seyid oğlu və 1961-ci il təvəllüdlü Şaban Abramovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.