Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda marketə basqın oldu: İki işçi bıçaqlandı

2019-11/1574366817_bilgeh-kardoloji-sanatoriyasina-quldur-basqini-muhafizeci-bicaqlandi.jpg

KRİMİNAL

728

22.11.2019, 00:07

\"\" Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib.   Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.