Qaynar xətt:

(+99450) 247 90 86

"Zəhərlənən tələbələr şok vəziyyətindədirlər" - Kliniki Tibbi Mərkəz

\\\"Zəhərlənən tələbələr şok vəziyyətindədirlər\\\" - Kliniki Tibbi Mərkəz

KRİMİNAL

1347

21.11.2019, 15:03

 
Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib.


Oxu24.com  xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: "Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik".

Zəhərlənən tələbələr – kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamin və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti ağır qiymətləndirilir.

APA-nın Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayev də xəstəxanaya gəlib.