Qaynar xətt:

(+99450) 247 90 86

Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

2019-11/1574071746_baliqci.jpg

KRİMİNAL

852

18.11.2019, 14:07

\"\"  Xəzər dənizində neftçi itkin düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.
Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, “Azgerneft” MMC-nin işçidir: “İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.