Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda DƏHŞƏT: Bir ailədən 4 nəfər öldü - ADLAR

2019-11/1574062769_image_660x441_5dd10a305e5dd.jpg

KRİMİNAL

884

18.11.2019, 11:38

\"\"  Dünən günorta saatlarında Bakı şəhər Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
Oxu24.com  xəbər verir ki, Mərdəkan körpüsü istiqamətində gedən yolun Qala qəsəbəsi istiqamətindən keçən hissəsində \"VAZ-2105\" ilə BMW-nin toqquşması nəticəsində \"VAZ-2105\"in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər. Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb. (APA)