Qaynar xətt:

(+99450) 247 90 86

Gənc müəllim evində ölü tapılıb

Gənc müəllim evində ölü tapılıb

KRİMİNAL

758

18.11.2019, 10:26

\"\"  Cəlilabadda evdən meyit aşkarlanıb.
APA-nın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.
Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.