Qaynar xətt:

(+99450) 247 90 86

4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı

2019-11/1573822941_1367572794_dava-dalas.jpg

KRİMİNAL

823

15.11.2019, 17:01

\"\"  Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib.
Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb. Hadisə noyabrın 13-də qeydə alınıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar. Araşdırma aparılır.