Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib

KRİMİNAL

421

15.11.2019, 13:28

\"\"  Bakıda qadına qarşı soyğunçuluq edilib.
Bu barədə \"Report\"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.