Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda insanları təhqir edərək qıza hücum çəkən şəxsin döyülmə anı – YENİ VİDEO

2019-11/1573712501_1573710455_dava.jpg

KRİMİNAL

1494

14.11.2019, 10:21

 
Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfərin törətdiyi insidentin yeni görüntülərini əldə etmişik. BAKU.WS-in “qaynar xətti”nə göndərilən görüntülərdə insanların həmin şəxsləri döydükləri görünür.
Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib. Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.